Azərbaycanın Türkiyə ilə birgə peyvənd əldə etmə imkanları araşdırılır

Xəbərlər

07.12.2020 - 11:08

TƏBİB rəhbərliyi ilə Türkiyənin Səhiyyə Nazirliyi arasında görüşlər keçirilib

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Səhiyyə Nazirliyində bir sıra görüşlər keçirib. Bu barədə AYNA-ya TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, Türkiyə Respublikası səhiyyə nazirinin müavini Əminə Alp Meşe ilə görüşdə iki qardaş ölkənin birlikdə peyvənd əldə etmə imkanları, vaksinasiya strategiyası, ilk növbədə vaksin vurulacaq qrupların müəyyən edilməsi istiqamətində müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Müəllif: Ayna.az