Azərbaycanın mülki itkiləri açıqlanıb

Xəbərlər

09.11.2020 - 11:02

Həkimlər Klinikalar SEO Xidməti

504 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb

 

Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində 93 nəfər həlak olub, 407 nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 3326 yaşayış evi dağıdılıb.

 

Həmçinin, 504 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş