Azərbaycanda Türkiyə istehsalı olan vaksin tətbiq edilə bilər

Xəbərlər

12.09.2021 - 21:36

Həkimlər Klinikalar SEO Xidməti

“Bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir”

Türkiyənin COVID-19 əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq oluna bilər. AYNA xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib.

O, “TURKOVAC”ın 3-cü mərhələ işlərinin Qırğızıstanda aparılması üçün Prezident Sadir Caparovla razılığa gəldiklərini açıqlayıb.

Bu vaksinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparıldığını diqqətə çatdıran Türkiyənin vitse-prezidenti deyib: “Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".

Fuat Oktay "TURKOVAC"ın bütün dünyada istifadə olunan peyvənd halına gəlməsi və beynəlxalq keyfiyyət əldə edilməsi üçün vacib addımların atıldığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş