Azərbaycanda süni tənəffüs cihazına qoşulu 62 xəstə var

Xəbərlər

02.08.2020 - 21:31

cedabet dərman SEO Xidməti

Ölkəmizdə aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

 

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 272 nəfərdir. Avqustun 1-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 267 nəfər idi. Bu barədə AYNA-ya “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

 

Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün isə bu say 64-ə bərabər idi. Hazırda ölkəmizdə 4868 aktiv koronavirus xəstəsi var. Avqustun 1-də isə aktiv xəstə sayı 5229-a bərabər idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş