Azərbaycanda son sutkada 45 minə yaxın vaksin vurulub

Aktual

30.05.2021 - 16:59

Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 735 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 414, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 321 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 252 809, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 352 778, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 031 təşkil edir.

#

Müəllif: Ayna.az