Azərbaycanda seysmik stansiyaların sayı 84-ə çatdırılacaq

Xəbərlər

20.08.2021 - 17:24

Ölkəmizdə quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr aparılıb

 

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində tərəfdaş ölkələrin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr aparılıb. Müzakirələrdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov təmsil edib.

 

Mərkəzin İnformasiya şöbəsindən AYNA-ya bildirilib ki, onlayn şəkildə keçirilən müzakirələr zamanı layihə iştirakçıları və tərəfdaş ölkələrin nümayəndələri yeni stansiyaların quraşdırılması, seysmik monitorinq şəbəkəsinin genişləndirilməsi və aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi məsələlərini müzakirə ediblər.

 

Məlumat üçün qeyd edək ki, Ukrayna Elm və Texnologiya Mərkəzinin qrant layihəsi hesabına Azərbaycanda daha 22 yeni seysmik stansiya quraşdırılacaq. Həmin stansiyalardan 12-si Abşeron yarımadasındakı palçıq vulkanlarının ətrafında, 10 seysmik stansiya isə respublikanın ayrı-ayrı bölgələrində quraşdırılacaq. Artıq quraşdırma işlərinə ilkin mərhələdə start verilib. Həmin stansiyaların quraşdırılmasından sonra seysmik stansiyaların sayı 84-ə çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş