Əhməd Əhmədov barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib. AYNA xəbər verir ki, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
Azərbaycan Baş Prokurorluğu Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Ə.Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.