Azərbaycanda qarşıdakı 4 gün iş olmayacaq

Xəbərlər

05.11.2021 - 15:59

Zəfər Günü və Bayraq Günü qeyd ediləcək

Azərbaycanda qarşıdakı dörd gün iş günü olmayacaq. AYNA xəbər verir ki, noyabrın 6-7 şənbə-bazar, ayın 8 və 9-u isə bayram günləridir.

Noyabrın 8-də Azərbaycanda ötən ilin payızında 44 günlük İkinci Qarabağ Müharibəsində qələbə münsibətilə Zəfər Günü qeyd olunur.

Noyabrın 9-da isə Azərbaycanda Bayraq Günü qeyd olunur. 1918-ci il həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul edilib.

Müəllif: Ayna.az