Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

25.10.2021 - 17:14

Bir gündə 366 nəfərə peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 366 nəfərə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 9383669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5060409, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4323260 təşkil edir.

Müəllif: Ayna.az