Azərbaycanda müəllimlərin peyvəndlənməsi məcburi olmayacaq

Aktual

26.01.2021 - 18:57

"İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir”

 

Azərbaycanda müəllimlər məcburi qaydada peyvənd edilməyəcək. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.

 

Nazirlik rəsmisi deyib ki, müəllimlərin peyvəndlənməsi könüllülük prinsipinə əsaslanacaq: "İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir. Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır".

 

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev yanvarın 22-də keçirilən brifinqdə vaksinasiya olunacaq müəllimlərin siyahısının da hazır olduğunu bildirmişdi.

 

Müəllif: Ayna.az