Azərbaycanda koronavirusla bağlı bugünkü <font color=red> STATİSTİKA</font>

Cəmiyyət

08.07.2021 - 16:48

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv xəstə sayı 1202 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8709, ötən müddət ərzində isə ümumilikdə 3 821 726 test aparılıb.

Müəllif: Ayna.az