Azərbaycanda koronavirusa yoluxma sayı açıqlanıb

Xəbərlər

14.07.2021 - 16:27

Daha 146 nəfər virusa yoluxub, 73 nəfər müalicə olunaraq sağalıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.

Müəllif: Ayna.az