Məlum olduğu kimi, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.
AYNA.AZ xəbər verir ki, Prezident və birinci xanıma Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC-nin və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.
Dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar. Sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirilib.
Həmin dəniz vasitələrinin fotolarını təqdim edirik: