Azərbaycanlı Kanada parlamentinin deputatı ola bilər

Maraqlı

21.10.2019 - 16:19

Səsvermədə qalib gələn partiyanın lideri Kanadanın Baş Naziri olacaq

 

Kanada vətəndaşları bu gün növbəti dörd il ərzində parlamentin aşağı palatası olan İcmalar Palatasında təmsil olunmaq üçün istədikləri namizədə səs verəcəklər. 

 

AYNA xəbər verir ki, səsvermədə qalib gələn partiyanın lideri Kanadanın Baş Naziri olacaq.

 

Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə müstəqil namizədlərlə yanaşı, 21 partiyanın iştirakına icazə verilib. 


İcmalar Palatasında 338 yer uğrunda mübarizəyə ölkənin ən nüfuzlu siyasi qüvvələri - hakim Liberal Partiyası, Mühafizəkarlar Partiyası, Yeni Demokrat Partiyası, Yaşıllar Partiyası, Kanada Xalq Partiyası və Kvebek Bloku qatılıb. 

 

Seçkilərdə Kanadada yaşayan azərbaycanlı Vasif Əliyev də öz namizədliyini irəli sürüb. V.Əliyev 7 yaşı olarkən ailəsi ilə birlikdə Montreal şəhərinə köçüb, 13 il Kanada ordusunda zabit olaraq xidmət edib. Concordia Universitetində siyasi elmlər ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra isə siyasi fəaliyyətə başlayıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə