Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib

Hadisə

15.12.2020 - 00:37

Elmar Həsənov cənub bölgəsində peşəkar cərrah kimi tanınır

 

Azərbaycanda tanınmış cərrah-həkim Elman Həsənov vəfat edib. AYNA-nın "Report"a istinadən məlumatına görə, E.Həsənov koronavirus səbəbindən 50 yaşında dünyasını dəyişib.

 

Bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, E.Həsənov 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi çalışırdı. E.Həsənov cənub bölgəsində peşəkar cərrah kimi tanınır. Həmçinin Vətən müharibəsi dövründə yaralılara tibbi xidmət göstərib.

Müəllif: Ayna.az