Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Xəbərlər

04.06.2020 - 17:18

cedabet dərman SEO Xidməti

Bu günə qədər 78 nəfər vətəndaşımız bu xəstləlikdən vəfat edib

 

Son sutka ərzində Azərbaycanda koronavirusla bağlı 7047 test həyata keçirilib və 262 yeni yoluxma faktı aşkar edilib. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

“1960 və 1963-cü il təvəllüdlü iki nəfər vətəndaşımız virusdan dünyasını dəyişib. Ümumilikdə isə pandemiya başladığı dövrdən bu günə qədər 322 min 574 test həyata keçirilib və ümumi yoluxma faktlarının sayı 6522 nəfərə çatıb. Bu günə qədər 78 nəfər vətəndaşımız bu xəstləlikdən vəfat edib, 3737 nəfər isə xüsusi rejimli xəstəxanlarda müalicə alaraq evə buraxılıb”, Bayramlı qeyd edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş