Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxub

Cəmiyyət

26.08.2020 - 18:05

Koronavirusa sutkalıq yoluxma sayı açıqlanıb

 

Azərbaycanda bu gün koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, 1 904 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 791, bu günə qədər isə ümumilikdə 892 070 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş