Azərbaycanda COVID-19-la bağlı son vəziyyət açıqlanıb

Aktual

02.05.2021 - 19:35

1 058 yeni yoluxma qeydə alınıb, 2 125 nəfər sağalıb, 23 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 321 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 293 689 nəfər müalicə olunaraq sağalıb, 4 561 nəfər vəfat edib. 23 133 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8777, bu günə qədər isə ümumilikdə 3 262 655 test icra olunub.

Müəllif: Ayna.az