Azərbaycanda COVID-19-la bağlı <font color=red> SON VƏZİYYƏT</font>

Xəbərlər

05.01.2021 - 16:31

Ötən sutkada 2479 nəfər koronavirusdan sağalıb, 802 nəfər yoluxub, 31 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 221401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib, aktiv xəstə sayı 19396 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2222629 test aparılıb.

Müəllif: Ayna.az