Azərbaycanda COVID-19-dan ölənlərin sayı 3 min 105 nəfərə çatıb

Aktual

27.01.2021 - 16:29

Son sutkada koronavirusdan 601 nəfər sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasından 601 nəfər müalicə olunaraq sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 229 min 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 221 min 717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib. Aktiv xəstə sayı 4762 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 380 min 74 test aparılıb. Bugünkü test sayı isə 7458-dir.

Müəllif: Ayna.az