Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı 200-ü keçdi

Aktual

17.07.2021 - 16:43

Bir gündə 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər sağalıb, 1 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analizin nəticəsi müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib, aktiv xəstə sayı 1 992 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 817, ötən müddət ərzində isə ümumilikdə 3 905 500 test aparılıb.

Müəllif: Ayna.az