Azərbaycanda COVID-19-a sutkalıq yoluxma azaldı

Aktual

25.04.2021 - 17:35

Bir gündə koronavirusdan 2 min 245 nəfər sağalıb, 1 541 yeni yoluxma qeydə alınıb

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 245  yeni yoluxma faktı qeydə alınıb, 1 541 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, 29 456  aktiv xəstə sayı  nəfərdir.

 

Ölkədə son sutka ərzində 11 492, hazırkı dövrədək isə 3 189 536 test aparılıb.

Azərbaycanda bir gündə COVID-19-dan 2 245 nəfər sağalıb, 1 541 nəfər yoluxub, 29 nəfər vəfat edib

Müəllif: Ayna.az