Azərbaycanda bu zavodun fəaliyyəti dayandırılıb

Xəbərlər

29.05.2023 - 15:21

Zavodun rəisi barəsində protokol tərtib olunub və cərimə edilib

Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub. AYNA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, araşdırma zamanı “45-li Yol İstismarı” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə edilib.

Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.

Müəllif: Ayna.az