Azərbaycanda bu lisey distant tədrisə keçdi

Xəbərlər

28.10.2021 - 17:58

Mingəçevir Texniki Humanitar Liseyində koronavirus səbəbindən əyani tədris dayandırılıb

Mingəçevir Texniki Humanitar Liseyində dərslərin distant formada keçirilməsi ilə bağlı qərar verilib. AYNA xəbər verir ki, bu barədə Oxu.az-a Mingəçevir Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, liseydə 8 müəllim, 10 yuxarı sinif şagirdi, 5 ibtidai sinif şagirdi koronavirusa yoluxub.

Bununla bağlı olaraq dərslər iki həftəlik distant formada davam etdiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş