Azərbaycanda bir gündə 40 mindən çox vaksin vurulub

Xəbərlər

16.07.2021 - 17:10

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 774 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 651 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 283 501, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 548 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 734 611 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Müəllif: Ayna.az