“Yoluxmuş həkim və tibb bacıları xüsusi xəstəxalarda müalicə alıblar"
Azərbaycnda koronavirusa yoluxanlar arasında tibb işçiləri də var. Onlar da digər xəstələr kimi nəzarət altında saxlanılır və müalicəyə qoşulublar.
AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Pandemiya ölkədə başlayandan bəri 300 səhiyyə işçisi də COVİD -19 xəstəsinə çevrilib.
“Yoluxmuş həkim və tibb bacıları xüsusi xəstəxalarda müalicə alıblar. Bu göstərici ötən həftəyə qədər olan rəqəmdir. Bu həftə ərzində tibb işçiləri arasında yoluxma faktı aşkarlanmayıb”, - ÜST nüamyəndəsi bildirib.