XİN: "Sizə möhkəm cansağlığı, əmin-amanlıq və davamlı peşəkar uğurlar diləyirik"
Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı diplomatları peşə bayramı münasibətilə təbrik edib.
AYNA xəbər verir ki, təbrik qurumun "Twitter" səhifəsində paylaşılıb.
“Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımızı Diplomatiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və davamlı peşəkar uğurlar diləyirik”, - təbrik mətnində qeyd olunub.