Baş Nazir tədbirlər planını təsdiqlədi

Siyasət

16.01.2020 - 21:29

Həkimlər Klinikalar SEO Xidməti

Əli Əsədov sərəncam imzalayıb 

 

“Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib.

 

Nazirlər Kabinetindən AYNA-ya verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Tədbirlər Planında nəzərdə tutulan icraçılar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

Müəllif: Ayna.az