Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı

Xəbərlər

01.08.2021 - 18:53

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.

 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş