Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında görüş keçirilib.
Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.