Azərbaycan və Latviya XİN başçıları Qarabağı müzakirə edib

Xəbərlər

04.12.2020 - 18:16

Ceyhun Bayramov Edqars Rinkeviçlə telefonda danışıb

 

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Nazirlər həmçinin, ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Eyni zamanda, telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib. Tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Müəllif: Ayna.az