Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunub

Siyasət

17.10.2020 - 22:54

XİN: Azərbaycanla Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

 

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

 

AYNA xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsi yayıb.

 

Bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Müəllif: Ayna.az