Azərbaycan Türkiyəyə yeni səfir təyin edib

Siyasət

26.07.2021 - 13:13

Dövlət başçısı sərəncam imzalayıb

 

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

AYNA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Prezidentin digər sərəncamı ilə Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş