Azərbaycan Türkiyədən yeni mühəndis texnikası alıb - <font color=red> VİDEO</font>

Xəbərlər

05.05.2021 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

Texnika işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.

 

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş