Azərbaycan-Türkiyə birgə təlimlərində tapşırıqlar uğurla icra edilir

Xəbərlər

30.06.2021 - 22:03

Təlimlərin ilkin mərhələsində şəxsi heyət, silah və döyüş texnikası cəmləşmə rayonuna çıxarılıb

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, təlimlərin ilkin mərhələsində şəxsi heyət, silah və döyüş texnikası cəmləşmə rayonuna çıxarılıb və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilib.

 

Müxtəlif mərhələlər üzrə keçirilən təlimlərdə artilleriyaçılar tank bölmələrinin dəstəyi ilə şərti düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Müəllif: Ayna.az