Azərbaycan Prezidenti: "Düşməni bundan sonra da qovacağıq"

Siyasət

09.10.2020 - 18:27

Prezident İlham Əliyev xalqa müraciət edib

 

"Biz torpaqlarımızı bərpa edəcəyik. Ərazi bütövlüyümüzü bərpa edəcəyik. Düşməni bundan sonra da qovacağıq".

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

 

"Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənib. Qovacağıq onları axıra qədər. Bayrağımız bütün işğal edilən torpaqlarda qaldırılacaq. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!", - Prezident vurğulayıb.

Müəllif: Ayna.az