YAP-ın deputatı tutulan icra başçılarından danışdı

Siyasət

05.05.2020 - 16:35

Siyavuş Novruzov: “Hüquq-mühafizə orqanlarının rəhbərləri də icra başçıları ilə yanaşı cəzalandırılmalıdırlar”

 

Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov yerli hüquq-mühafizə orqanlarını tənqid edib. AYNA-nın xəbərinə görə, millət vəkili bildirib ki, İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda, hüquq-mühafizə orqanlarının da günahı var

 

S.Novruzov qeyd edib ki, hüquq-mühafizə orqanları, rayonlarda baş verən qanunsuzluqlarla bağlı məlumatı vaxtında yuxarı instansiyalara ötürməyiblər:

 

“Onlar məlumatları aidiyyəti qurumlara və ölkə başçısına yazıb, hesabat verməlidirlər. Vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına verilsəydi, vəziyyət bu həddə çatmazdı. Düşünürəm ki, həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də, icra başçıları ilə yanaşı məsuliyyətə cəlb olunmalıdırlar, cəzalandırılmalıdırlar”.

Müəllif: Ayna.az