Azərbaycan Pakistana yeni səfir təyin edib

Siyasət

16.07.2021 - 19:54

Dövlət başçısı sərəncam imzalayıb 

 

Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

AYNA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Müəllif: Ayna.az