Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Xəbərlər

02.07.2022 - 16:50

Nurlan Ağamalıyev texniki qəza nəticəsində həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlunun iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az