Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - <font color=red> RƏSMİ</font>

Xəbərlər

26.10.2020 - 16:49

Qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir

 

“Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır”.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.

Müəllif: Ayna.az