Dünya birjalarında neft qiymətləri kəskin bahalaşıb
Dünya birjalarında neft qiymətləri kəskin bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 49,73 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,83 dollar bahalaşaraq 46,47 dollar olub.
Azərbaycan neftinin qiyməti də bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar artaraq 49,48 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.