Dünya birjalarında neft qiymətləri ucuzlaşır
Dünya birjalarında neft qiymətləri ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,01 dollar azalaraq 71,43 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar ucuzlaşaraq 69,20 dollar olub.
Azərbaycanın “Azeri Light" (CIF) markalı neftin də qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,8 ABŞ dolları və ya 1,13% azalaraq 70,17 dollar təşkil edib.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.