Azərbaycan dili imtahanının ikinci cəhdinə qeydiyyat tarixi açıqlanıb

Xəbərlər

07.05.2025 - 22:47

Həkimlər Klinikalar SEO Xidməti

İmtahan iyulun 29-u baş tutacaq

Azərbaycan dili (dövlət dili) imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat tarixi açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, 22 may-10 iyun tarixlərində Azərbaycan dili (dövlət dili) ikinci cəhdində iştirak etmək istəyən şəxslər DİM-in saytında qeydiyyatdan keçə bilərlər.

İmtahan iyulun 29-u baş tutacaq.

Qeyd edək ki, Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahanın birinci cəhdi mayın 4-də keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş