AZAL-ın üç helikopteri hərraca çıxarılacaq

Xəbərlər

27.07.2022 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Hər üç helikopterin start qiyməti 1,8 milyon manat təşkil edir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan üç Airbus helikopteri sentyabrın 1-i tarixində hərraca çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Xidmətindən AYNA-ya verilən məlumata görə, hərracda çıxarılacaq helikopterlərin ikisi 2005-ci il istehsalı olan EC-155B1 markalı, biri isə 2009-cu il istehsalı olan EC-135P2 markalı helikopterlərdir. 

Hər üç helikopterin start qiyməti 1,8 mln. manat təşkil edir.

Hərracda iştirak etmək üçün sifariş verən (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəyən) şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş