Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülür - <font color=red> VİDEO</font>

Siyasət

14.01.2021 - 18:18

Həkimlər Klinikalar SEO Xidməti

Bu günədək xeyli sayda minalar və partlamamış döyüş sursatları ərazilərdən toplanıb

 

İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikasının kolonnalarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir. Bu günədək xeyli sayda minalar və partlamamış döyüş sursatları ərazilərdən toplanıb.

 

Azad edilmiş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş