Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir
Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycanın İran və Gürcüstanla sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.
Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.
Bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası və Gürcüstan Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.