Avstriyada içərisində məktəblilər olan qatar qəzaya uğrayıb

Dünya

09.07.2021 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 15 nəfər xəsarət alıb

 

Bu gün səhər saatlarında Avstriyanın Zaltsburq federal əyalətinin Lunqau regionunda dəmir yolu qəzası baş verib.

 

AYNA xarici mediaya istinadən bildirir ki, Mur çayı boyunca regionlararası marşrut üzrə hərəkətdə olan qatarın vaqonlarından biri relsdən çıxaraq çaya düşüb.

 

Əraziyə cəlb edilmiş xilasedicilərin məlumatına əsasən, 15 nəfər hadisə nəticəsində xəsarət alıb, onlardan dörd nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

 

Qəzanın səbəbləri hələ tam aydınlaşmayıb. İlkin məlumata görə, iyulun 8-də ərazidə baş vermiş güclü yağıntı və sel ağac kötüklərini dəmir yolu xəttinin keçdiyi əraziyə gətirib. Səhər saatlarında içərisində əsasən məktəblilərin olduğu qatar həmin ərazidən keçərkən qəzaya uğrayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş