Avstraliyada bu günə qədər 6523 nəfərə koronavirus diaqnozu qoyulub
Avstraliyanın Baş Naziri Skot Morrison koronavirusa qarşı görülən tədbirlərin bir hissəsi olaraq ölkədə sosial məsafə tədbirlərinin bir il davam edə biləcəyini söyləyib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Morrison koronavirusa qarşı peyvəndin olub-olmamasının məlum olmadığı üçün bu qərarın qəbul ediləcəyini bildirib.
Bundan əlavə, ölkə rəsmiləri pandemiyanın yayılmasını yavaşlatmaq üçün yaxın dörd həftə ərzində məhdudiyyətlərin davam edəcəyini vurğulayıblar.
Qeyd edək ki, Avstraliyada bu günə qədər 6523 nəfərə koronavirus diaqnozu qoyulub. 65 nəfər isə virusdan vəfat edub.