Mayın 11-də bitməli olan karantin vəziyyəti, mayın 8-də ləğv olunacaq
Avstraliya xüsusi karantin rejiminin vaxtını dəyişəcək. Bu dəyişmə uzatma yox, əvvəlki vaxtdan daha tez karantin “kilidi”nin açılmasıdır.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison son çıxışında bəyan edib. Onun sözlərinə görə, səhiyyə üzrə rəsmilərin verdiyi son hesabatlar koronavirusla bağlı mübarizədə uğurlar əldə edildiyini göstərir və vəziyyət inandırıcı dərəcədə yaxşılığa doğru gedir.
Baş Nazir bildirib ki, səlahiyyətli orqanlarla danışıqlardan sonra mayın 11-də bitməli olan karantin vəziyyəti, mayın 8-də ləğv olunacaq.
Baş Nazirin bəyanatından sonra Avstraliyanın şimal bölgəsi böyük məhdudiyyətləri qaldıran, ictimai parkları və hovuzları yenidən açan və günortadan bəri toplanışa iştirak məhdudiyyətlərini qaldıran ilk vilayətlər olub.
Qeyd edək ki, Avstraliyada bu vaxta qədər virusa yoluxma faktı 6776 nəfərdir, ölüm faktı isə 93 nəfərə çatıb. Son həftələrdə ölkədə epidemioloji vəziyyət normal qiymətləndirilir, gündəlik yoluxma 20 nəfərdən də az olur.