Avropada daha bir vaksinin sınağına başlanılıb

Dünya

04.02.2021 - 03:34

Bu sınaqlardan və kliniki təhlillərdən sonra məlumatlar dəyərləndiriləcək

 

Avropa Dərman Agentliyi “Novavax” şirkəti tərəfindən istehsal edilən yeni koronavirus vaksini ilə bağlı açıqlama yayıb.

 

AYNA-nın məlumatına görə, agentlikdən “NVX-CoV2373” adlı vaksinin ilkin qiymətləndirməsinin laboratoriya nəticələri və yetkinlik yaşına çatmış şəxslər üzərində aparılan analizlərdən sonra başlanıldığı bildirilib.

 

Mərkəzi ABŞ-da yerləşən “Novovax”ın insanlar üzərində sınaqlarına başlanılıb, Avropa Dərman Agentliyi bu sınaqlardan və kliniki təhlillərdən sonra məlumatları dəyərləndirəcək.

 

Qeyd edək ki, agentlik bundan öncə “BioNTech”, “Moderna” və “AstraZeneca” vaksinlərini dəyərləndirmədən keçirmişdi.

 

“Novovax” yanvarın sonunda İngiltərədə həyata keçirdiyi üçüncü faza çalışmalarında 90 faizədək müvəffəqiyyət göstərmişdi.

 

Avropa İttifaqı şirkətlə 200 milyon doz vaksin alışı haqqında ilkin danışıqlara başlamışdı, ancaq hələlik hər hansı bir müqavilə imzalanmayıb.

Müəllif: Ayna.az